YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının fəalları Ağdaş və Mingəçevirə səfər ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının kollektivi və fəalları Ağdaş və Mingəçevir şəhərlərinə səfər ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Ağdaş rayonunda Ümummilli Lider Heydər Əliyevin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra iştirakçılar mərkəzdə fəaliyyət göstərən, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən, eləcə də Ağdaş rayonuna səfərlərindən bəhs edən fotoşəkillərdən ibarət muzey ekspozisiyası ilə tanış olublar.

Səfər çərçivəsində YAP Binəqədi və Ağdaş rayon təşkilatlarının, eləcə də Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyevin quruculuq fəlsəfəsi” mövzusunda tədbir də keçirilib.

Çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov tədbirin əhəmiyyəti barədə məlumat verərək bildirib ki, bu cür qarşılıqlı səfərlər region və paytaxt gəncləri arasında əlaqələrin möhkəmlənməsinə, onların maariflənməsinə və ictimai fəallığının artırılmasına mühüm töhfə verir.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov vurğulayıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində regionlarda həyata keçirilən yenidənqurma və infrastruktur layihələri ilə yerində tanışlıq gənclərin dünyagörüşünün genişlənməsinə xidmət edir. O qeyd edib ki, YAP ölkənin aparıcı siyasi qüvvəsi olaraq gənclərin fəallığının artırılmasına xüsusi önəm verir.

Tədbirdə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlardan danışaraq regionların sürətli inkişaf etdiyini vurğulayıb.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq Tarverdiyev region gənclərinin inkişafı istiqamətində həyata keçirilən mədəni tədbirlərdən bəhs edərək onların ictimai fəallığının yüksək olduğunu qeyd edib.

YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov və digərləri bildiriblər ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatı tərəfindən tərəfdaş qurumlara xatirə hədiyyələri təqdim olunub.

Rəsmi hissədən sonra nümayəndə heyəti Ağdaş Tarix-Diyarşünaslıq Muzeyini, YAP Ağdaş rayon təşkilatının inzibati binasını ziyarət edib.

Daha sonra Mingəçevir şəhərinə yola düşən nümayəndə heyəti Azərbaycan İstilik Elektrik Stansiyasının Baş İdarəetmə Mərkəzi ilə tanış olub. Mərkəzin direktoru Təhmasib Hüseynov iştirakçılara müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə və Kür çayı sahilinə də ziyarət təşkil olunub.

Səfər Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 saylı musiqi məktəbinin müəllim və şagirdlərinin təqdim etdiyi bədii proqramla yekunlaşıb.

DİGƏR Xəbərlər Arxiv