YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim və ictimai xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə “Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında bildirib ki, Zərifə Əliyeva yalnız böyük alim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik nüfuzlu ictimai xadim kimi Azərbaycan tarixində xüsusi yer tutur. Onun həyatında Vətənə, xalqa və ailəyə dərin bağlılıq əsas dəyərlərdən olub. Əməksevərliyi və xeyirxahlığı sayəsində zirvələrə yüksələn alim kimi onun xidmətləri ölçüyəgəlməzdir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə vurğulayıb ki, Zərifə Əliyeva Azərbaycan qadınının müdrikliyini, zəkasını və fədakarlığını özündə birləşdirən nadir simalardandır. Onun fəaliyyəti nəticəsində Azərbaycan oftalmologiya elmi beynəlxalq aləmdə tanınıb.

Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva qeyd edib ki, Zərifə Əliyevanın həyat yolu bir qadının eyni zamanda alim, ana və cəmiyyət üçün faydalı şəxsiyyət ola biləcəyinin parlaq nümunəsidir.

Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev isə çıxışında bildirib ki, Zərifə Əliyeva oftalmologiya sahəsindəki müstəsna xidmətləri və zəngin elmi irsi ilə Azərbaycan səhiyyəsində silinməz iz qoyub.

Gəncə şəhər Oftalmoloji Xəstəxanasının həkimi Ruhiyyə Məmmədova alimin elmi-praktik fəaliyyətindən danışaraq qeyd edib ki, Zərifə Əliyeva oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb və qazandığı uğurları Azərbaycan elminə verilən yüksək qiymət kimi dəyərləndirib.

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov isə çıxışında akademikin zəngin mənəviyyata malik ziyalı kimi mənalı ömür yolu keçdiyini və ölkədə tibb sahəsinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Tədbirin sonunda Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.