YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli lider Heydər Əliyev – müasir və qalib Azərbaycanın memarı”

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev – müasir və qalib Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını formalaşdırdığını, müstəqil dövlətçilik kursunu müəyyənləşdirdiyini və ölkənin dayanıqlı inkişafının möhkəm təməllərini yaratdığını bildirib. O, Yeni Azərbaycan Partiyasının bu siyasi kursun daşıyıcısı kimi bu gün də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını vurğulayıb.

Daha sonra YAP Veteranlar Şurasının üzvü, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev, YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, YAP Mərkəzi Aparatının təşkilat şöbəsinin əməkdaşı Əli Axundov, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, onun xilaskarlıq missiyasının Azərbaycan tarixində oynadığı müstəsna roldan bəhs ediblər. Onlar Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursun bu gün də uğurla davam etdirildiyini, ölkənin inkişafına və beynəlxalq mövqelərinin güclənməsinə xidmət etdiyini qeyd ediblər. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil etdiyini bildirilib. Bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildiyi, ölkəmizin mütərəqqi inkişaf və quruculuq modelinin formalaşdırıldığı diqqətə çatdırılıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə YAP Neftçala rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə bir qrup şəxs fəxri fərmanlarla təltif olunub, partiya sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə başa çatıb.