YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın təşəbbüsü ilə Ağdaş rayonunda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Kardiologiya Cəmiyyəti və “Serviye Azərbaycan” MMC və digər təşkilatların dəstəyi ilə Ağdaş rayonunda “Hədəf 130/80” layihəsi çərçivəsində şəhid ailələri, qazilər və müayinəyə ehtiyacı olanlar üçün tibbi müayinə aksiyası keçirilib.

Əvvəlcə aksiya iştirakçıları Ağdaş rayonunun mərkəzində Ümummili Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Sonra iştirakçılar Ağdaş rayonundakı Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar. Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb, məzarları önünə qərənfillər düzülüb.

Daha sonra Ağdaş Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov və onun rəhbərliyi ilə çalışan həkim heyəti tərəfindən kardioloji, nevroloji və endokrinoloji müayinələr keçirilib. Həmçinin, müasir rəngli doppler exokardioqrafiya, qarın boşluğunun ultrasəs müayinələri də aparılıb.

Aksiya çərçivəsində ümumilikdə 217 nəfər ixtisaslı həkimlər tərəfindən müayinə edilib. Onlardan 128 nəfəri laborator-instrumental (EXO, USM, EKQ) müayinələrə cəlb edilib.

YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov bildirib ki, ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq dövlət qurumları, eləcə də Yeni Azərbaycan Partiyası daim şəhid ailələri və qazilərə diqqət və qayğı göstərir: “Biz tibb işçiləri də bu məsələyə xüsusi həssaslıqla yanaşır və tez-tez pulsuz müayinə aksiyaları təşkil edirik. Mən və Kardiologiya İnstitutunun aparıcı mütəxəssisləri ölkəmizin ərazi bütövlüyünün bərpasında qəhrəmanlıq nümayiş etdirən şəhidlərin ailə üzvləri və qazilərə xidmət göstərməyi öz vətəndaşlıq borcumuz sayır və bundan qürur duyuruq. Ağdaş rayonunda sayca 9-cu aksiyanı keçirdik. Aksiya çərçivəsində müayinəyə gələnlərin arterial təzyiqi ölçülüb, ürək-damar sisteminin ümumi vəziyyəti qiymətləndirilib və digər müayinələr aparılıb. Müayinə olunan şəxslərə müalicələr təyin etdik, hipertoniya ilə mübarizə, arterial təzyiqə nəzarət və sağlam həyat tərzi ilə bağlı fərdi tibbi məsləhətlər verdik. Yaxın gələcəkdə anoloji aksiyalar digər bölgələrdə də davam etdiriləcəkdir”.

DİGƏR Xəbərlər Arxiv