YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xalqın xilaskarı”

Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatı tərəfindən Püsyan kənd icra nümayəndəliyində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilaskarı” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Püsyan kənd ərazi partiya təşkilatının sədri Tacir Rəcəbov və Püsyan kənd tam orta məktəbinin müəllimi Türkan Şahhüseynova 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində mühüm və taleyüklü bir mərhələ olduğunu bildiriblər. Qeyd olunub ki, 1993-cü il 15 iyun tarixində Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkədə yeni inkişaf mərhələsinin əsası qoyulmuş, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmışdır.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya və yüksək beynəlxalq nüfuza malik müstəqil dövlətə çevrilmişdir.

Vurğulanıb ki, 2020-ci ildə əldə olunan tarixi Qələbə və 2023-cü il antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyünün və suverenliyin tam bərpası Milli Qurtuluş ideyalarının məntiqi davamıdır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan şəxslərə partiya vəsiqələri təqdim edilib.