Xəbərlər
Gəncədə partiya üzvləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının 16 saylı (Gəncə Beynəlxalq Hava Limanı) ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Gəncə Beynəlxalq Hava Limanının direktor vəzifəsini icra edən Aqil Qəhrəmanov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafındakı əvəzsiz rolundan və tarixi xidmətlərindən danışıblar.
Qeyd olunub ki, xalqın Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşməsi Azərbaycanın davamlı inkişafına mühüm töhfə verib və bu siyasətin uğurlu nəticələri bu gün də özünü göstərməkdədir.
Sonra təşkilati məsələlərə baxılıb. Vüqar Sərdarov ərazi partiya təşkilatının sədri, Əvəz Ağayev isə sədr müavini seçilib.
