YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəngərli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Talıb Əli oğlu Şəldiyevin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüşdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Görüş zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.