YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra rayon təşkilatının 33 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov və YAP İdarə Heyətinin üzvü Rauf Əliyev çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin davamlı inkişafına verdiyi töhfələrdən bəhs edilib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin təsis etdiyi partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf edərək ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi öz mövqeyini daha da möhkəmləndirib.

Natiqlər ötən 33 il ərzində YAP Xəzər rayon təşkilatının sağlam ideoloji mühitin formalaşdırılması, gənclərin ictimai-siyasi fəallığının artırılması və dövlətçilik dəyərlərinin təbliği istiqamətində gördüyü işlərdən danışıblar.

Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs isə fəxri fərmanlarla təltif olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir konsert proqramı ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv