Xəbərlər
YAP Pirallahı rayon təşkilatının 13 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis edilməsinin 13-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayıb.
Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında yaranan partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətçilik prinsiplərinə sadiq qalaraq Azərbaycanın davamlı tərəqqisinə töhfə verir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərmanlarla təltif olunub.
Tədbirin sonunda bədii hissə təqdim olunub.
