YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatının 33 illiyi ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən və xalqın iradəsi ilə yarandığını, ötən 33 il ərzində şərəfli inkişaf yolu keçərək ölkənin aparıcı siyasi qüvvəsinə çevrildiyini bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun nüfuzlu siyasi təşkilatlarından biridir. Rayon təşkilatının sədri həmçinin təşkilatın fəaliyyəti, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında Yeni Azərbaycan Partiyasının müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ərazi bütövlüyünün qorunması və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, partiya fəaliyyətini dövrün çağırışlarına uyğun şəkildə quraraq ölkənin inkişafına öz töhfəsini verməkdə davam edir. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Tədbirdə çıxış edən partiya veteranları Abbas Göyüşov, Gülnaz Alişanova, Kazım Kazımlı və partiya fəalı Aynurə Abbasova Yeni Azərbaycan Partiyasının yarandığı gündən ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, Azərbaycanın inkişafına və əldə olunan tarixi uğurlara əhəmiyyətli töhfələr verdiyini qeyd ediblər.

Daha sonra Daş Salahlı 1 saylı tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbirin sonunda yubiley yaşı tamam olan partiya veteranları fəxri fərmanlarla təltif olunub, onlara hədiyyələr təqdim edilib. Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.