YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənc fəallar və qazilər Hərb Tarixi Muzeyində və Zəfər Parkında olublar

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının gənc fəalları, qazilər və orta məktəblərin hərbi fənn müəllimləri üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub.

Ziyarət zamanı iştirakçılara Azərbaycan Hərb Tarixi Muzeyinin yaradılması, fəaliyyəti və ekspozisiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzey Azərbaycan ordusunun şanlı tarixinin, hərbi ənənələrinin və milli hərb tarixinin təbliğində mühüm rol oynayır.

Qeyd olunub ki, Azərbaycan Hərb Tarixi Muzeyi müdafiə nazirinin əmri ilə 10 dekabr 1992-ci ildə yaradılıb. Hazırda muzey 13 zaldan ibarətdir. Ekspozisiyada Azərbaycan hərb tarixinin qədim dövrlərdən günümüzədək müxtəlif mərhələlərini əks etdirən eksponatlar nümayiş olunur. Zallarda müxtəlif dövrlərə aid silah-sursat, hərbi texnika, geyim nümunələri, sənədlər və digər materiallar yer alır.

Muzeydə xüsusilə 44 günlük Vətən müharibəsi ilə bağlı eksponatlar iştirakçıların marağına səbəb olub. Bildirilib ki, muzeyin fondlarında tariximizin müxtəlif mərhələlərinə aid 13 minədək hərbi nümunə qorunur.

Ziyarətçilər muzeyin “Heydər Əliyev” zalında da olublar. Burada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, eləcə də Azərbaycan ordusunun inkişafında oynadığı rola həsr olunmuş eksponatlarla tanış olublar. Zalda Ulu Öndərin hərbi geyim nümunəsi, təltif və mükafatları, arxiv sənədləri, kitab və jurnallar, fotoşəkillər, həmçinin müxtəlif materiallar nümayiş etdirilir.

Ekskursiya zamanı gənc fəallar, qazilər və hərbi fənn müəllimləri Azərbaycan hərb tarixinin müxtəlif mərhələlərini əks etdirən eksponatlarla tanış olub, muzeyin fəaliyyəti ilə bağlı məlumatlar əldə ediblər.

Həmin gün YAP Qaradağ rayon təşkilatının gənc fəalları və tədbir iştirakçıları Zəfər Parkını da ziyarət ediblər. Burada Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin əhəmiyyətini əks etdirən məkanlarla tanış olublar.