Xəbərlər
“Zəfər tariximizin müəllimləri”
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədaar “Zəfər tariximizin müəllimləri” mövzusunda tədbir keçirib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya rayonun bütün müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Qeyd olunub ki, ölkəmizdə pedaqoqların əməyinə hər zaman yüksək qiymət verilir. Ulu Öndər Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” ifadəsi Ümummilli Liderin bu şərəfli peşənin sahiblərinə bəslədiyi böyük hörmətin göstəricisidir. Əldə edilən tarixi zəfərlərin və misilsiz nailiyyətlərin təməlində Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən parlaq ideyaları dayanır.
F.Şadlinskaya vurğulayıb ki, müəllimlər Vətən müharibəsində böyük şücaət göstəriblər. Bildirilib ki, 44 günlük savaşda 20 məktəb direktoru, 32 direktor müavini və 671 müəllim silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşulub. Onlardan 20 nəfəri şəhidlik zirvəsinə ucalıb. Xalqımız qəhrəman şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir.
Tədbirdə çıxış edən qazi müəllim Ümman Baxşəliyev və şəhid Azər Şamilovun həyat yoldaşı Səidə Babaşova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya sıralarına yeni qəbul olunmuş üzvlərə YAP vəsiqələrini, qazi pedaqoqlara isə hədiyyələri təqdim edib.
