Xəbərlər
Yasamalda Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “Hüseyn Cavid 33A” (“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən ərazi partiya təşkilatının sədri, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, ərazi partiya təşkilatının sədr müavini, Vətən müharibəsi şəhidi kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin irsi Azərbaycanın müasir tarixində mühüm yer tutur. “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına dayanıqlı iqtisadiyyat, güclü dövlət quruculuğu və milli birlik prinsipləri üzərində qurulmuş gələcək miras qoyub. Bu irs Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərlə nəticələnib. Xüsusilə əldə olunan tarixi Zəfərlər bu siyasətin uzaqgörənliyinin və davamlılığının parlaq sübutudur”.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman təqdim edilib.
Qeyd edək ki, YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “voleybol” (oğlanlar) və “basketbol” idman növləri üzrə yarışlar da keçirilib.