YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş badminton turnirinə yekun vurulub

Yeni Azərbayca Partiyası (YAP) Pirallahı rayon təşkilatı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş badminton turnirinə yekun vurulub.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə əsasını qoyduğu idman siyasətindən bəhs edib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və öz bəhrəsini verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir idman infrastrukturu genişlənib, beynəlxalq standartlara cavab verən idman kompleksləri, stadionlar və Olimpiya mərkəzləri istifadəyə verilib.

Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi sədri Arzu Cahangirova, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev bildiriblər ki, dövlət başçısının idmana göstərdiyi xüsusi diqqət nəticəsində Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük nailiyyətlər əldə edir, ölkəmizin nüfuzunu yüksəldirlər. Bu siyasət həm də gənclərin sağlam ruhda böyüməsinə və idmana marağın artmasına geniş imkanlar yaradır.

Sonda qalib gələn komandalara diplom və hədiyyələr təqdim olunub.