YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Vyetnam münasibətləri yeni mərhələdə dinamik şəkildə inkişaf edir

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Azərbaycan-Vyetnam münasibətlərini təhlil edərkən Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev mayın 6-də Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”. 

2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur. 

Hazırda Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək. Prezident İlham Əliyev sözügedən müsahibəsində qeyd etdiyi kimi, bu səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərək bu səfərin həm də konkret əməkdaşlıq istiqamətlərinin inkişafına xidmət edəcəyini, eyni zamanda bu səfərin nəticələri uğurlu olacağını və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyini qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 7 may tarixində ölkəmizə səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda bildirib ki, əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Vyetnam liderinin ölkəmizə səfərinin əhəmiyyətinə xüsusi ilə toxunan dövlətimizin başçısı müsahibəsində bunun fəal əməkdaşlığa mühüm təkan olacağını qeyd edib: “Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır”.

DİGƏR Xəbərlər Arxiv