YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Muğanlı kəndində şəhid Akif Rəsulovun ailəsini ziyarət edib. Millət vəkili ailənin sosial-məişət şəraiti ilə maraqlanıb. Qeyd olunub ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətin sosial siyasətində əsas istiqamətlərdən biridir.

Daha sonra millət vəkili Asif Əsgərov Muğanlı kəndində seçicilərlə görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi, bələdiyyə sədri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.