Xəbərlər
Gəncədə şəhid ailəsi ziyarət olunub

Gəncə şəhərində Birinci Qarabağ Müharibəsi şəhidi Qurban Rəhim oğlu Qurbanovun ailəsi ziyarət olunub.
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və təşkilat nümayəndələri şəhid Qurban Qurbanovun ailəsinə baş çəkib, anası Nahidə Qurbanovaya partiyanın üzvlük vəsiqəsini təqdim ediblər.
B.Aslanov bildirib ki, bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Uğrunda şəhid olduqları, azad görmək istədikləri Qarabağ Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunub. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib: “Bu reallığı yaradan və qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə sonsuz minnətdarıq”.
Şəhid anası Nahidə Qurbanova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.