Xəbərlər
Ağdaşda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun Yenicə kəndində partiya fəalları ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsindən 30, Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən 5 il ötür.
O vurğulayıb ki, ərazi bütövlüyü və suverenliyi təmin edilmiş Azərbaycan regionun ən güclü dövlətidir. Əldə edilən uğurların əsasında isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət dayanır.
Görüşdə partiya fəallarından Əli Lətifov, Məhəbbət Kərimov, Sevinc Səmədova, Cəmil İbrahimov Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsinin ölkəmizə böyük uğurlar qazandırdığını deyiblər.
Sonda bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.