YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, büstün önünə tər çiçəklər düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya veteranı Nəsibə Tağıyeva, partiya fəalları Vüsal İsmayılov, Zümrüd Əliyeva, Yalçın Həsənov çıxış edərək 1918-ci il mayın 28-də mürəkkəb siyasi-hərbi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqının özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli Respublikasını yaratdığını bildiriblər. Cəmi 23 ay fəaliyyət göstərən AXC-nin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyi, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığı vurğulanıb.

Qeyd olunub ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan yeni inkişaf dövrü yaşayır, dünya dövlətləri sırasında öz layiqli yerini tutur.

Sonra Daş Salahlı 1 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonda partiya veteranları və fəal partiya üzvləri fəxri fərman ilə təltif olunub. Partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv