Xəbərlər
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və partiyanızın üzvlərinə səmimi təbriklərimi çatdırıram.
Zəngin tarixi irsə və güclü siyasi liderliyə əsaslanan Azərbaycan dövlət quruculuğunu möhkəmləndirməyə, davamlı inkişafı təmin etməyə, xalqının rifahını yüksəltməyə və beynəlxalq arenada mövqeyini gücləndirməyə davam edir.
Qazaxıstan və Azərbaycan dostluq, strateji tərəfdaşlıq və ortaq dəyərlərlə sıx bağlıdır. Ölkələrimiz ikitərəfli və çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir, ticarət və iqtisadiyyat, mədəniyyət və humanitar məsələlər, eləcə də nəqliyyat və logistika sahələrində işbirliyini gücləndirir.
Partiyalarımız arasında əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm veririk. Əminik ki, partiyalararası dialoqun genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi xalqlarımız arasında qarşılıqlı etimadın və anlaşmanın dərinləşməsinə töhfə verəcəkdir.
Bu əlamətdar gündə qardaş Azərbaycan xalqına sülh, sabitlik, firavanlıq və dayanıqlı inkişaf yolunda yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Daulet Kəribek
«AMANAT» Partiyasının icra katibi