Xəbərlər
Ağstafada bir qrup partiya veteranı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən bir qrup partiya veteranının yubileyi münasibətilə görüş keçirilib.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev yubilyarları doğum günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb. O qeyd edib ki, Ağstafa rayonunda fəaliyyəti ilə seçilən partiya üzvləri Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə hər zaman fərqləniblər.
Göstərilən diqqətə, qayğıya və ünvanlarına söylənilən xoş sözlərə görə təşəkkürlərini bildirən partiya veteranları Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən Heydər Əliyev ideyalarına daim sadiq olacaqlarını diqqətə çatdırıblar.