Xəbərlər
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, sessiyanın 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının milli koordinatoru Anar Quliyev, maliyyə naziri Sahil Babayev, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, daxili işlər naziri Vilayət Eyvazov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Prezidentin köməkçisi –Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, səhiyyə naziri Teymur Musayev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Prezidentin Protokol Xidmətinin rəisi Arif Səmədov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Balababa Rzayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini Gülşən Rzayeva, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və mədəniyyət nazirinin müavini Səadət Yusifova isə Təşkilat Komitəsinin üzvləri təyin ediliblər.
Təşkilat Komitəsinə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirmək və əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görmək tapşırılıb.
Həmçinin Nazirlər Kabinetinə Sərəncamda nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etmək və digər zəruri məsələlərin həlli üçün tədbirlər görmək barədə tapşırıqlar verilib.