Xəbərlər
Milli Məclisin deputatı Heydər Əsədov seçiciləri ilə görüşüb
Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Daha sonra millət vəkili bir neçə şəhid ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanıb.