YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Suvagil kəndində şəhid Fəqan Məmmədovun ailəsini ziyarəti edib, onların qayğıları ilə maraqlanıb.

Həmçinin millət vəkili şəhidin əziz xatirəsinə kənddə inşa edilən bulağın tikinti işlərinə də baxış keçirilib. O, şəhidin ailəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamlı olacağını vurğulayıb.

Daha sonra Qurban bayramı münasibətilə millət vəkili Asif Əsgərov Aşağı Tala kəndi ərazisində yerləşən kəsim məntəqəsində təşkil olunmuş qurban kəsimində iştirak edib. Deputat tərəfindən həyata keçirilən bu sosial aksiya həmrəylik və paylaşma dəyərlərinin gücləndirilməsinə xidmət edib.

Günün ikinci yarısı millət vəkili şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Görüşdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ailələrinə mənəvi dəstək ifadə olunub. Eyni zamanda, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehsan süfrəsi təşkil olunub, şəhidlərin ruhuna dualar oxunub.

Şəhid ailələri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.