YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Milli Onkologiya Mərkəzində baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinın başçısı Elşad Həsənov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, Milli Məclisin deputatları - YAP Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı, İlham Məmmədov, Göydəniz Qəhrəmanov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov və  Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimov çıxış ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin ölkə səhiyyəsi üçün gördüyü mühüm işlərdən danışıblar. Səhiyyə sahəsində Ümummilli Lider tərəfindən başlanan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyi vurğulanıb.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv