YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının, Ağcabədi Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, 85 saylı Ağcabədi-Füzuli dairə seçki komissiyasının sədri İbrahim Həsənov, Ağcabədi “ASAN Xidmət” Mərkəzinin  əməkdaşı Çinarə  Ağayeva, Ağcabədi Rayon Statistika idarəsinin rəisi Elsevər İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Köyük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər  Quliyev Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmadan, vətəndaş qarşıdurmasından xilas edərək dövlətçiliyimizin əsasını möhkəmləndirdi, ordu quruculuğu və təhlükəsizlik sahəsində mühüm islahatlara imza atdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib, torpaqlarımızın işğaldan azad edilməsi ilə suverenliyimiz tam bərpa olunub.

Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam edib.