Xəbərlər
Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə işçiləri ilə görüş keçirilib
17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə səhiyyə işçiləri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il 17 iyun tarixinin Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunduğunu deyiblər. Qeyd olunub ki, bu gün Azərbaycan səhiyyəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Səhiyyə infrastrukturunun yenilənməsi, tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Görüşdə çıxış edən tibb işçiləri M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin şöbə müdiri Afaq Əliyeva, Protez Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov, Referans Klinikasının həkim-cərrahı Kənan Yusifzadə, 2 saylı uşaq poliklinikasının baş həkiminin müavini Kəmalə Hüseynova və 7 saylı poliklinikanın həkimi Şövqi Zeynalov dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Sonda tibb sahəsində səmərəli fəaliyyət göstərən partiya üzvləri fəxri fərmanla təltif olunub.