YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

57 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin, şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırma mərasimi təşkil olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, YAP rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Toplantıda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyaya əsaslanan Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasını ardıcıllıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsili davamlı olaraq inkişaf edir.

Dövlət başçısının rəhbərliyi ilə uğurla həyata keçirilən insan kapitalının formalaşdırılması siyasətinin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü əsasında reallaşdırılan layihələrin icrası nəticəsində təhsil infrastrukturunun yenilənməsi təmin olunur.

Ölkə rəhbərliyinin təhsil siyasətinin dəstəklənməsi, təhsilin inkişafının stimullaşdırılması, təlim və tədris prosesində nailiyyətləri olanların həvəsləndirilməsi məqsədilə Ağalar Vəliyev tərəfindən mərasimdə 57 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə 41 məktəbdən 95 qabaqcıl müəllimə və 330 əlaçı şagirdə müxtəlif məbləğlərdə pul mükafatı təqdim edilib.

Həmçinin tədris göstəricilərindən asılı olmayaraq, şəhid və qazi ailələrinin 20 məktəbli övladına maliyyə dəstəyi göstərilib.

Tədbir iştirakçıları təhsilin inkişafına, müəllimlərə, şagirdlərə göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv