YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun İsmayılbəyli kəndində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxış Elşən oğlu Baxışlının ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanıb.

Görüş zamanı Anar Məmmədov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun qazandığı böyük tarixi Zəfər 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyub. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhidin valideynləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya, övladlarının xatirəsini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv