YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Oğuz rayon təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının yaradılmasının 32-ci ildönümü qeyd olunub.

Oğuz Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib, rayon təşkilatının 32 illik fəaliyyəti haqqında məlumat verib.

Saleh Məhərrəmov bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövlətimizin siyasi taleyini, gələcək yolunu müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə olub. Yeni Azərbaycan Partiyası cəmiyyətin ictimai-siyasi, iqtisadi, sosial həyatında həlledici rol oynayır və Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz gündən-günə daha da güclənir, inkişaf edir.

Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Dövlət başçısının həyata keçirdiyi düşünülmüş, qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilatdır.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda çox ciddi iqtisadi, sosial inkişaf baş verdi, ölkəmizin siması bütövlükdə yeniləndi. Bu strategiya 30 ilə yaxın işğal altında olan torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən azad edilməsi və ərazi bütövlüyümüzün tam təmin olunması ilə nəticələndi. Bütün bu proseslərdə Yeni Azərbaycan Partiyasının rolu əvəzolunmazdır.

DAİM-in Oğuz rayon şöbəsinin rəisi, partiya veteranı Azad Əliyev, “Qumlaq” kənd ərazi partiya təşkilatının sədri Qamət Nəbiyev, “Xaçmaz kənd məktəbləri” ərazi partiya təşkilatının sədri Aynurə Səfərova bildiriblər ki, Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır.

Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvü fəxri fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv