YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kəngərli rayon təşkilatının yaradılmasının 21 illiyi qeyd olunub

“Konstitusiya və Suverenlik İli”  çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli rayon təşkilatının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, partiya fəalı Məhəmməd Məmmədov, Kəngərli rayon Statistika idarəsinin rəisi Novruz Kətənov, Kəngərli rayon Məşğulluq Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Səxavət Həsənov və YAP Kəngərli rayon təşkilatının əməkdaşı Mələk Rzayeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi təşkilatıdır. Partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə təsis edilib.

Vurğulanıb ki, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Natiqlər şərəfli inkişaf yolu keçən YAP-ın ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını, sıralarının ildən-ilə genişləndiyini söyləyiblər. Qeyd olunub ki, YAP-ın sıralarının gündən-günə genişlənməsi, sosial bazasının daha da möhkəmlənməsi Heydər Əliyev ideyalarına etimadın və Prezident, YAP Sədri İlham Əliyev siyasətinə dəstəyin bariz nümunəsidir.

Sonra yubiley yaşında olan partiya veteranları və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib.                                  

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.