YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni strateji dövrün başlanğıcı

Elnarə Akimova

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru

2025-ci ilin avqustunun 30-da Prezident İlham Əliyev Çin Xalq Respublikasının Tianjin şəhərinə səfər edib. Səfər zamanı İlham Əliyevin Çin Prezidenti Si Cinpin tərəfindən “my dear friend” - “mənim əziz dostum” deyə qarşılanması, ikitərəfli münasibətlərdə personal diplomatiyanın rolunu ön plana çıxarıb və əlaqələrə yeni impuls verib.

Səfər çərçivəsində Prezident İlham Əliyev bir sıra aparıcı Çin şirkətləri ilə çox fərqli sahələrdə (enerji, yaşıl enerji, texnologiya və rabitə) geniş görüşlər keçirib ki, bu da ticari əlaqələrin daha da dərinləşdiriləcəyini göstərir.

Görüşlərdə bildirilib ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan-Çin ticarət dövriyyəsi 26.7% artaraq 2.5 milyard dolları ötmüş, Çinin Azərbaycana ixracı 4.5 dəfə artırmışdır.

Prezident İlham Əliyev Tianjin şəhərində Çin Prezidenti Si Cinpin ilə görüşüb. Səmimi atmosferdə keçən görüşdə Çin Azərbaycanı suveren inkişaf modelinə sahib bir tərəfdaş kimi qiymətləndirərək Azərbaycanın strateji mövqeyini vurğulayıb. Bu səfər Azərbaycan üçün bir neçə strateji mesajı ifadə edir: Bakı-Pekin dialoqu yalnız rəsmi dekorasiya deyil, həm də qarşılıqlı etimad və şəxsiyyətlərarası dostluğu göstərir.

Ticarət əlaqələrinin yüksəlməsi və biznes mühitinin inkişafı, Azərbaycanın qlobal iqtisadi sistemdə daha fəal rol oynamaq istəyini ifadə edir.

Şanxay Əməkdaşlıq Təşkilatının sammitinda iştirakı Azərbaycanın regionda müxtəlif diplomatik və iqtisadi əlaqələri balanslı şəkildə tutmaq qabiliyyətini sübut edir.