YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiya Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri və qazilər antiterror əməliyyatlarında şəhid olmuş Ruslan Akif oğlu Lalayevin ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində tərtərli igidlərin döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin qısa, lakin mənalı həyat yolunun gənc nəsil üçün nümunə olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altındakı torpaqları azad etdiyini qeyd edərək, belə qəhrəman övladlar böyütdüklərinə görə şəhid valideynlərinə dərin təşəkkürünü ifadə edib.