YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günü münasibətilə anım mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı aparatının, şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Hüseynzadə Həmidağa Bağı oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Şəhidin xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv