YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“İkinci Qarabağ müharibəsində qələbə və Azərbaycançılıq ideologiyası”

“Konstitusiya  və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı “H.Cavid pr.115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu)  ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “İkinci Qarabağ müharibəsində qələbə və Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirib.

Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, H.Cavid pr.115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu)  ünvanı üzrə ərazi partiya təşkilatının sədri Şölət Zeynalov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Əli İbrahimov və Hüseyn İbrahimov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycançılıq ideologiyasının zəfəri və milli dövlətçilik yolunun möhkəmlənməsi idi. Bu ideologiyanın banisi Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarı olaraq xalqı milli bir amal ətrafında birləşdirdi və gələcək qələbələrin ideoloji əsasını yaratdı. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətçilik ənənələri möhkəmləndi, ordu quruculuğu milli maraqlar üzərində formalaşdırıldı. Onun müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi inkişaf yolunu inamla davam etdirərək Azərbaycan Ordusunu regionun ən güclü ordusuna çevirdi.

Əldə olunan şanlı Zəfərlə Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi və regional güc statusu təsdiqləndi.

 

DİGƏR Xəbərlər Arxiv