YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə partiya veteranı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiyanın veteran üzvü Şıxəliyeva Elmira İmaməli qızının 70 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb. O, Elmira Şıxəliyevanın partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə uzun illər aktiv iştirak etdiyini deyib.  

Elmira Şıxəliyeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasından böyük qürur duyduğunu söyləyib.

E.Şıxəliyevaya YAP Kürdəmir  rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyə təqdim edilib.