YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon rəşkilatının nümayəndələri humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olub

“Suverenlik və Konstitusiya İli” çərçivəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərə səfər təşkil olunub.

Səfər işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, eləcə də bərpa-quruculuq işləri ilə yaxından tanış olmaq məqsədi daşıyıb.

YAP Binəqədi rayon rəşkilatının nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Ağdam rayonunun Sarıcalı kəndi ərazisində ANAMA tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olublar.

Ərazilərin təmizlənməsi metodologiyaları, minaaxtaranın istifadə etdiyi alət və avadanlıqlar, mina və partlamamış hərbi sursatların nümunələri nümayiş olunub, mina probleminin miqyası, insanların sağlamlığına, yaşam mühitinə yaratdığı təhlükə, eləcə də mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib.

Bildirilib ki, minatəmizləmə prosesi Böyük Qayıdış proqramının əsas tərkib hissələrindən biridir və ərazilərin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Nümayəndə heyəti aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

Səfər çərçivəsində Şuşada Cıdır Düzü, İsa bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər Ağa məscidi və Xankəndi şəhəri də ziyarət edilib. 

DİGƏR Xəbərlər Arxiv