Xəbərlər
Şəhidlər ehtiramla anılır...

Ağstafada Vətən Müharibəsi Qəhrəmanı Yusifli Azər Nazim oğlunun şəhadətinin ildönümü ilə bağlı xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanları rəhbərləri, şəhidin ailə üzvləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri Böyük Kəsik kənd qəbirstanlığında şəhidin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər.
Tədbir iştirakçıları kənd qəbirstanlığında Azərbaycanın bütövlüyü uğrunda canından keçən Vətənin digər qəhrəman övladlarının da xatirəsini yad ediblər.
Sonra Azər Yusiflinin ailəsi ziyarət edilib, şəhid ailəsinin qayğıları dinlənilib.
Sadıqlı, Muğanlı, Köçvəlili kəndlərində və Qarayazı, Saloğlu qəsəbələrində şəhidlərimizin məzarları ziyarət edilib.