YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Yeni Azərbaycan" təşviqat qrupu Bərdə rayonunda təbliğat-təşviqat prosesinə start verib

Sentyabrın 3-də  referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Bərdə  rayon şöbəsi tərəfindən təbliğat-təşviqat prosesinə start verilib. Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri, "Yeni Azərbaycan" təşviqat qrupunun Bərdə rayon şöbəsinin rəhbəri Fəqət Şadlinskaya bildirib ki, səhər saatlarından başlayaraq plakatlar xüsusi ayrılmış yerlərdə yapışdırılıb. Bu işlər rayonun bütün seçki məntəqələrinin ərazilərini əhatə edir.

Onun sözlərinə görə, bu prosesdə YAP Bərdə rayon təşkilatının fəalları yaxından iştirak ediblər.

F.Şadlinskaya qeyd edib ki, Bərdə  rayonunun inzibati ərazisi üzrə 2 seçki dairəsi fəaliyyət göstərir. Belə ki,  93 saylı Bərdə şəhər Seçki Dairəsi üzrə 51, 94 saylı Bərdə kənd Seçki Dairəsi üzrə 54 seçki məntəqəsi var. Bərdə rayonu üzrə seçicilərin sayı isə 88438 nəfərdir. 93 saylı Bərdə şəhər Seçki Dairəsi üzrə 43217 nəfər, 94 saylı Bərdə kənd Seçki Dairəsi üzrə 45221 nəfər seçici var.