YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə naziri Samir Şərifov Avrasiya İnkişaf Bankının idarə heyətinin sədri Dmitri Pankin ilə görüşüb

Dekabrın 5-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun Avrasiya İnkişaf Bankının idarə heyətinin sədri Dmitri Pankin ilə görüşündə tərəflər arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Samir Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr, habelə Azərbaycan Respublikasının iştirakı ilə reallaşdırılan transmilli layihələr haqqında geniş məlumat verib, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayan Dmitri Pankin nəqliyyat, tranzit, energetika, özəl sektor və digər sahələrdə həyata keçirilən layihələrin maliyyələşdirilməsində iştirak imkanlarını qeyd edərək, bunun həm də Avrasiya İnkişaf Bankının səhmdarları olan Azərbaycanla tərəfdaş ölkələrin marağına uyğun olduğunu ifadə edib.

 

DİGƏR Xəbərlər Arxiv