YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə naziri Samir Şərifov Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan ilə görüşüb

Dekabrın 5-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin hazırkı yüksək səviyyəsinin iqtisadi müstəvidə də münasibətlərin inkişafına geniş imkanlar açdığı vurğulanıb.

Söhbət zamanı qarşılıqlı ticarətin səviyyəsinin artırılması, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi, xüsusilə enerji, kənd təsərrüfatı, ticarət, tranzit, eləcə də sənayenin müxtəlif sahələrində əməkdaşlığın önəmi qeyd olunub.

 

DİGƏR Xəbərlər Arxiv