YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncəlilər “Daha güclü Azərbaycan naminə!” deyir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin namizədliyi YAP tərəfindən irəli sürülən namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi növbəti görüş də ruh yüksəkliyi ilə keçib.

Görüşdə iştirak edən ziyalılar, gənclər, ictimaiyyət nümayəndələri və partiya fəalları çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasəti, genişmiqyaslı islahatları dəstəklədiklərini bildiriblər. Tədbrdə qeyd edilib ki, ölkədə aparılan siyasət, islahatlar bundan sonra da uzun müddətli, dayanıqlı inkişafın təmin olunacağını proqnozlaşdırır. Məhz bunun üçün partiyanın hər bir üzvü dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur.

Təbliğat qrupunun üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycanın dünyanın ən sabit, inkişaf etmiş və insanların təhlükəsiz şəraitdə yaşadığı ölkələrindən birinə çevrildiyindən danışıb, seçiciləri 9 fevralda seçiciləri növbədənkənar parlament seçkilərində fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıb.

Yeni Azərbaycan Partiyasının Gəncənin 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə namizədlikləri irəli sürülmüş Naqif Həmzəyev, Pərvin Kərimzadə, Musa Quliyev və Müşfiq Cəfərov təbliğat-təşviqat mərhələsi çərçivəsində seçicilərlə keçirilən görüşlərin xoş ovqatla yadda qaldığını və hər görüşdə xalqın birmənalı olaraq, Prezident İlham Əliyevin milli maraqlara söykənən müstəqil siyasətini müdafiə etdiyinin şahidi olduqlarını bildiriblər. Qeyd edilib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Bu baxımdan da ictimaiyyət bu görüşlərə böyük əhval-ruhiyyə ilə qatılır, ölkənin hərtərəfli inkişafına dəstək olmağa səy göstərirlər. Daha güclü Azərbaycan naminə bütün Gəncə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini söyləyirlər.