YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədi Hicran Hüseynovanın Sumqayıt şəhəri 48-ci məhəllənin seçiciləri ilə görüşü olub

YAP-ın deputatlığa namizədi  Hicran Hüseynovanın Sumqayıt şəhəri 48-ci məhəllənin seçiciləri ilə görüşü olub.

Görüşdə Hicran Hüseynovanın vəkilləri olaraq Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, ağsaqqal Əvəz Mahmudov, Sumqayıt şəhər “Çörək” ATSC İdarə Heyətinin sədri Tofiq Hüseynli, Sumqayıt bələdiyyəsinin sədri Soltan Əsədov, Qartal tikinti şirkətinin direktoru Şahin Məmmədov, Dünya TV-nin proqram rəhbəri Aygün Zülfüqarlı, “Hüseynoğlu” MMC-nin rəhbəri və Dünya və Olimp Ticarət Mərkəzinin sahibi Lətifə Əhmədova, sahibkar Fərxrəddin Rəhimov, Sumqayıt bələdiyyəsinin Təşkilat şöbəsinin müdiri Gülrəng Cümşüdova, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Fəridə Qafarova, Prezident yanında Beynəlxalq Humanitar Yardım Komissiyasının üzvü, Tərəqqi Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, Əvəz Mahmudov sakinlərə bir daha məlumat verdi ki, 9 fevral Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək və bu seçkilərdə 41 saylı Sumqayıt birinci seçi dairəsindən YAP tərəfindən Hicran Hüseynovanın namizədliyi irəli sürülüb. O, sakinlərə Hicran Hüseynovanın Komitə sədri olaraq fəaliyyəti, həmçinin Hicran Hüseynovun atası Kamran Hüseynovun Sumqayıt şəhərində gördükləri işlərdən danışdı. O, bildirdi ki, qarşıdakı parlament seçkilərində sakinlər seçimlərində yanılmamalı və öz layilqi namizədinə səs verməlidirlər.

Daha sonra çıxış edən Qartal tikinti şirkətinin direktoru Şahin Məmmədov Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda sahibkarlığın inkişafı istiqamətinə dair verdiyi tapşırıqları qeyd etdi. Ş. Məmmədov bildirib ki, sahibkar olaraq onların da üzərinə böyük məsuliyyət düşür. Sahibkarlar da öz sosial məsuliyyətini anlamalı, dövlətin həyata keçirdiyi iqtisadi siyasətdə aktiv rol oynamalıdırlar. O, həmçinin vurğuladı ki, sahibkarlıq sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsinə də ehtiyac var. Ona gördə seçkili orqan olan Milli Məclisdə mövcud qanunların təkmilləşdirilməsinə rəy və təkliflər verən, əlavələr edə bilən namizədlərə ehtiyac vardır. Buna görə də fəaliyyəti və təcrübəsi olan Hicran Hüseynovanın bu seçkilərdə dəstəklənməsinin əhəmiyyəti vardır.

Çıxış edən məhəllə sakinləri 9 ferval 2020-ci il tarixində seçki məntəqələrinə gedərək öz layiqli namizədinə-Hicran Hüseynovaya səs verəcəklərini bildirdilər.

Hicran Hüseynova onunla görüşə gəldikləri üçün məhəllə sakinlərini salamladı və öz minnətdarlığını bildirdi. Hicran Hüseynova çıxış edərək qeyd etdi ki, bugün ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında öz müstəqil və uğurlu siyasətini aparır. Ölkədə aparılan islahatlar, kadr dəyişiklikləri, eləcə də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər də bu siyasətin tərkib hissəsidir. Hicran Hüseynova bildirdi ki, ölkə Prezidenti həssas təbəqədən olan insanların həyat şəraitinin yaxşılaşdırlması istiqamətində mühüm addımlar atır və bu siyasət mütəmadi olaraq davam etdirilir.

Sonda Hicran Hüseynova sakinlərə müraciət edərək, onlara 9 fevral 2020-ci il tarixində seçki məntəqələrinə gəlməyə və öz layiqli namizədinə səs verməyə çağırıb.