YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə seçiciləri: Biz Pərvin Kərimzadəni yenidən deputat görmək istəyirik

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Pərvin Kərimzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi hər görüşü xoş təəssüratlarla yadda qalıb. İstər fərdi görüşlərdə, istərsə də ümumi görüşlərdə seçicilər Pərvin Kərimzadənin ötən illərdə millət vəkili kimi fəaliyyətindən razı qaldıqlarını bildirib, onun kimi ziyalı xanımın yenidən millət vəkili kimi Milli Məclisdə onları təmsil etməsini istədiklərini vurğulayıblar.

Seçicilərin rəğbətini qazanan və hər zaman xoş münasibətlə qarşılanan Pərvin Kərimzadə görüşlərdə Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, ölkəmizin dinamik inkişafı, son illərdə həyata keçirilən hərtərəfli islahatlar, sosial layihələr haqqında ətraflı məlumat verib, Azərbaycanda həyata keçirilən islahatların, sosial-iqtisadi inkişaf layihələrin ardıcıl xarakter daşıdığını diqqətə çatdırıb.

Pərvin Kərimzadə hər görüşdə seçiciləri maraqlandıran məsələləri dinləyib və suallarını cavablandırıb, onları 9 fevralda növbədənkənar parlament seçkilərində fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıb.