YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi: Azərbaycanın mülki əhalisinə qarşı hücumlar vandalizm aktıdır, barbarlıqdır

Azərbaycanın mülki əhalisinə qarşı hücumlara görə Ermənistanın siyasi-hərbi rəhbərliyi və qondarma rejimin rəhbərliyi məsuliyyət daşıyır. Bütün bunların törədilməsində məqsəd Azərbaycan xalqını təşvişə salmaqdır.

Bu fikirləri oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, bu, vandalizm aktıdır, barbarlıqdır. Ermənistanın istifadə etdiyi raketlər çox köhnədir və ona görə də hədəfə çata bilmir. Amma bəzi raketlər hədəfə çatır və mülki əhali zərər çəkir. Bu zərbələrin bir çoxu Ermənistan ərazisindən həyata keçirilir. Bu, beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti müharibə, təcavüz aktıdır. Bu, Ermənistan rəhbərliyinin sivil qaydalardan nə qədər uzaq olduğunu bir daha göstərir. Onlar riyakarlıq nümayiş etdirərək Azərbaycanda mülki əhalini yenidən hədəfə alırlar.