YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüseyn Paşayev: Yeni Azərbaycan Partiyasının rayon, şəhər təşkilatları və fəalları Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir

“Yeni Azərbaycan Partiyasının rayon, şəhər təşkilatları və fəalları Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasını davam etdirir.” Bu barədə Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

Hüseyn Paşayev Yeni Azərbaycan Partiyasının İcra Katibliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürülməsindən sonra  bu vətənpərvər aksiyanın partiyanın rayon, şəhər təşkilatları tərəfindən coşqu ilə davam etdirildiyini qeyd etmişdir. Onun sözlərinə görə, təkcə rayon təşkilatlarının deyil, siravi partiya üzvlərinin də fərdi şəkildə iştirak etdiyi bu aksiyanın ali məramı Milli Ordumuza həm də mənəvi dəstəyin ifadəsidir.

 Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində rəşadətli döyüşlər aparır. O deyib: “Biz cox yaxın zamanlarda torpaqlarımızın işğaldan təmizlənməsi sevincini bütün xalqımızla birgə yaşayacağıq. Bu gün hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə, Onun təmkinlə, müdrikliklə və uzaqgörənliklə qurduğu  Azərbaycan Ordusunun gücünə, iradəsinə, əsgərlərimizin qəhrəmanlığına və yüksək döyüş ruhuna əmindir. Bu gün hər birimiz Ordumuzla bərabərik, bir yerdəyik, hər addımda ona mənəvi dəstəyimizi ifadə edirik.”

Qarabağ Azərbaycandır!

Biz birlikdə güclüyük!