YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiyanın keçmiş dövlət başçısı Stepan Mesiç Azərbaycan Prezident İlham Əliyevə məktub göndərib

2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti olmuş Stepan Mesiç Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, yeni döyüşlər və açıq silahlı hücum haqqında xəbəri böyük narahatlıqla oxudum. Dinc əhali arasında həlak olanlar, yaşayış evləri, xəstəxanalar və məktəblər də daxil olmaqla, bir çox ictimai binaların dağılması haqqında xəbərlər məni dərindən kədərləndirdi. Mən dinc əhaliyə qarşı güc tətbiqini şiddətlə qınayıram.