YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Əmirbəyov: Beynəlxalq təşkilatlar Ermənistanın vandalizm hərəkətlərinin qarşısını almalıdır

Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Onlar Azərbaycan ərazisinin 20 faizini işğal edib. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib.

Bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov oktyabrın 19-da ADA Universitetində keçirilən brifinqdə deyib.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həll olunmasını gözləyib. Lakin əfsuslar olsun ki, Ermənistan qeyri-konstruktiv mövqe göstərərək, münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Azərbaycan konstruktiv mövqe nümayiş etdirsə də, Ermənistan təxribatlara əl atdı. Bu gün də Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir. Paşinyan da öz sələflərindən heç nə ilə fərqlənməyib və xalqımıza qarşı müharibə cinayətlərinin törədilməsinə davam edib. Ermənistanın bütün bu əməllərinə baxmayaraq, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının mümkünlüyünü bildirdi. Lakin Ermənistan son iki humanitar atəşkəs razılaşmasını pozaraq Azərbaycanın mülki əhalisini, Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutdu. Gəncədə faciə yaşandı. Beynəlxalq təşkilatlar Ermənistanın bu vandalizm hərəkətlərinin qarşısını almalıdır və onlara qarşı təzyiqləri artırmalıdır.

 

DİGƏR Xəbərlər Arxiv