YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib

Dekabrın 11-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı qərargahında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin siyası irsi, müasirlik və gələcək inkişaf perspektivləri” mövzusunda videokonfrans keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 17 il ötür. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və əziz xatirəsi hörmətlə yad edilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaq. Bu gün də Azərbaycan Heydər Əliyevin ideyaları əsasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, möhkəmlənir. Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Bunun təməlində, heç şübhəsiz xalqın öz liderinə sonsuz inamı, yurd, torpaq sevgisi dayanır. Tədbirdə həmçinin,  Kürdəmir Rayon Təhsil Şöbəsini müdiri Rəfail Məmmədov, YAP Kürdəmir rayon təşkilatının İdarə Heyətinin üzvi, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin sədri Rauf Abuşov çıxış ediblər.