YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirin informasiya agentliyi: Azərbaycan Qarabağda kompleks bərpa işlərinə başlayır

Misirin “Asiaelyoum” informasiya agentliyinin saytında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılacaq bərpa-quruculuq işləri haqqında məqalə yayılıb.

“Azərbaycan Qarabağın şəhərlərində kompleks bərpa işlərinə başlayır” sərlövhəli məqalədə Ermənistan işğalından azad edilmiş şəhərlərin müasir standartlara uyğun olaraq yenidən inşa ediləcəyi qeyd olunur. “Bu gün Qarabağın Ermənistan tərəfindən dağıdılmış, talan edilmiş və xarabalığa çevrilmiş şəhərləri bir kabus məkanını xatırladır. Ağdam, Füzulu, Cəbrayıl və Zəngilanda şəhər, qəsəbə və kəndlərin yerində dağıdılmış binaların qalıqları və məhv edilmiş infrastrukturun izləri qalır. Bu yazınlarda Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, bu şəhərlərin qədim ruhu və tarixi-mədəni özəllikləri qorunub saxlanılmaqla yeni “ağıllı şəhərlər” salınacaq”, - deyə məqalədə vurğulanır.

Məqalədə diqqətə çatdırılır ki, bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də xarici diplomatik missiyaların rəhbərləri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə olub, onlara aparılacaq bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. Türkiyənin Azərbaycandakı səfiri, öz növbəsində, Ankaranın rekonstruksiya işlərinə hər cür yardım göstərəcəyini bəyan edib.

 

DİGƏR Xəbərlər Arxiv